"Neftçi" rəhbərliyinə gətirilən şəxslər "Qarabağ" azarkeşi çıxdı

"Neftçi" rəhbərliyinə gətirilən şəxslər "Qarabağ" azarkeşi çıxdı

Məlum olduğu kimi, bu gün “Neftçi”nin yeni Müşahidə Şurasının tərkibi açıqlanıb.

Şuranın sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçiliblər.

Yeni MŞ üzvlərindən Bəxtiyar Aslanbəyli ilə Emil Alxaslı diqqəti xüsusi çəkir. Maraqlıdır ki, hər iki şəxs “Neftçi”nin əzəli rəqibi “Qarabağ”ın azarkeşləridir.

Hər halda onların sosial şəbəkə hesablarında zaman-zaman etdiyi paylaşımlar belə düşünməyə əsas verir.

Bu şəxslərin sosial şəbəkə hesablarına baxsaz, hətta əvvəllər profil örtüklərinə Ağdam klubunun loqosunu yerləşdirdiklərini də görə bilərsiz.

Bu mənada Bəxtiyar Aslanbəyli xüsusi fərqlənir. O, “köhlən atlar”ın oyunlarında iştirak edir və komanda ilə bağlı paylaşımları ilə diqqəti çəkir.

Mediasport.az


Fotoda Emil Alxaslı

Fotoda Bəxtiyar Aslanbəyli