Çempionluq uğrunda amansız "döyüş": "Arsenal" "Siti"yə qarşı

Çempionluq uğrunda amansız "döyüş": "Arsenal" "Siti"yə qarşı

Bu gün İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə çempionluq yolunda olduqca mühüm əhəmiyyət kəsb edən matç keçiriləcək.

Yarışın son qalibi "Mançester Siti" doğma "Etihad" stadionunda gənc mütəxəssis Mikel Artetanın çalışdırdığı "Arsenal"ı qəbul edəcək.

Prinsipial qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək və "İdman TV" vasitəsilə canlı yayımlanacaq.

Ölkə çempionatının turnir cədvəlində "Arsenal" və "Liverpul" 64 xalla müvafiq olaraq, 1 və 2-ci pillələri bölüşdürürlər. "Şəhərlilər" isə 63 xalla üçüncüdür.

İngiltərə Premyer Liqası. 30-cu tur

31 mart

17:00 "Liverpul" - "Brayton"

19:30 "Mançester Siti" - "Arsenal"