"Qarabağ"ın Avroliqa rəqibinin forvardı ən yaxşı qol müəllifi oldu
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Yunanıstanın "Olimpiakos" klubunun qapısına yol tapan "Lion"un forvardı Rayan Çerkinin qolu ən yaxşı seçilib.
21 yaşlı hücumçu 65-ci dəqiqədə adını tabloya yazdırıb.
O, qalib adı uğrunda mübarizədə Çexiyanın "Viktoriya" (Plzen) klubunun üzvü Pavel Şultsu qabaqlayıb.
Yarışda "Qarabağ"ın rəqibi olacaq Fransa təmsilçisi matçda 2:0 hesablı qələbə qazanıb.
Azərbaycan çempionu "şirlər"lə noyabrın 28-də 5-ci tur çərçivəsində Lionda üz-üzə gələcək.