Mayls Brics həbs olunub

Mayls Brics həbs olunub

“Şarlott Hornets” basketbol klubunun üzvü Mayls Brics həbs edilib.

Mediasport.az xəbər verir ki, 25 yaşlı idmançı haqqında çıxarılan həbs qətimkan əmrini kobud şəkildə pozduğu üçün saxlanılıb.

Basketbolçu keçmiş sevgilisinin avtomobilinin şüşələrini sındırması və ona xəsarətlər yetirməsi səbəbindən göz altına alınmışdı.

Sevgilisi Maylsın onu övladlarının önündə döydüyünü iddia etsə də, cavabdeh tərəf ittihamla razılaşmayıb. Məhkəmənin hökmü ilə basketbolçuya 52 həftə psixoloq seansı və uşaqların düzgün tərbiyə edilməsinə həsr edilən 52 dərs verilib.

NBA (“National Basketball Association” – Milli Basketbol Assosiasiyası) Maylsı aprel ayında 30 oyunluq cəzalandırıb. Artıq 20 oyun geridə qalıb.