"Neftçi" "Xırdalan"a məğlub olub

"Neftçi" "Xırdalan"a məğlub olub

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start verilib.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə "Xırdalan" və "Neftçi" kollektivləri qarşılaşıblar.

"Sərhədçi" İdman Mərkəzində keçirilən 1/4 final matçında birincilər 80:75 hesablı qələbə qazanıblar.

Komandalar arasında ikinci oyun sabah keçiriləcək.

1/4 finalın "Xəzri" - "Sərhədçi" görüşü bu gün baş tutacaq.

Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər.

Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun reallaşacaq.