Milli komandalarımız Türkiyə klublarını məğlub ediblər

Milli komandalarımız Türkiyə klublarını məğlub ediblər

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qızlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində qüvvələrini sınaqdan keçiriblər.

Mediasport.az xəbər verir ki, Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri 6 yoxlama oyununun hamısında rəqiblərinə qalib gəliblər.


AZE-U18 - "Daçka Şerifalı" U18 (67-58)

AZE-U16 - "Daçka Şerifalı" U16 (61-56)

AZE-U18 - "Sakarya Asaş" U18 (71-68)

AZE-U16 - "Sakarya Asaş" U16 (83-53)

AZE-U18 - "İstanbul Yıldızları" U18 (56-53)

AZE-U16 - “İstanbul Yıldızları” U16 (72-60)