Birinci xanım Mehriban Əliyeva Avropa çempionlarını təbrik etdi: "Sizinlə fəxr edirəm, möhtəşəmsiniz!"

Birinci xanım Mehriban Əliyeva Avropa çempionlarını təbrik etdi: "Sizinlə fəxr edirəm, möhtəşəmsiniz!"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının qalibi olan milli komandamızı təbrik edib.

mediasport.az xəbər verir ki, sosial şəbəkə hesabında bununla əlaqədar paylaşım edən Azərbaycan Gimnastika Federasiyasının prezidenti parlaq qələbə münasibətilə gimnastlarımıza təbriklərini çatdıraraq qeyd edib: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”

Bildirək ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komandamız üç lent və iki topla hərəkətlərdə bütün rəqiblərini qabaqlayıblar.