Yığmamız Gimnaziada İdman Oyunlarında çıxışına start verir

  Yığmamız Gimnaziada İdman Oyunlarında çıxışına start verir

Aerobika üzrə Azərbaycan milli komandası Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunlarında çıxışına start verir.

Mediasport.az xəbər verir ki, məşqçi Mariyan Kolevin rəhbərliyi ilə Məryəm Topçubaşova, Sara Əlixanlı, Sənan Kazımova fərdi yarışda iştirak edəcək.

Üçlük proqramında Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, qrup hərəkətlərində Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova, Evelina Kozlovskaya Azərbaycanı təmsil edəcəklər.

Hakimlər korpusunda Lalə Hüseynova və Xədicə Hüseynova yer alacaq.