Bakı metropoliteni "Qarabağ"a görə iş saatını uzatdı - RƏSMİ

Bakı metropoliteni "Qarabağ"a görə iş saatını uzatdı - RƏSMİ

Avropa Liqasının qrup mərhələsinin son turunun "Qarabağ" - "Frayburq" oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər edilib.

"Bakı Metropoliteni" QSC-dən mediasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi oyunun gec saatlarda başa çatacağından iş vaxtının uzadılması ilə bağlı müraciət edib.

Qurumun qəbul etdiyi qərara əsasən, metronun "Gənclik", "28 May" və "Nəriman Nərimanov" stansiyalarında iş saatı 01:00-a qədər uzadılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlanacaq.