Milli komandamız DÇ öncəsi Türkiyə klubuna qalib gəlib
Dünya çempionatının final mərhələsinə hazırlaşan mini futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışında olduğu Türkiyənin Bələk bölgəsində yoldaşlıq oyunu keçirib.
Mediasport.az xəbər verir ki, futbolçularımız Antalyanın yerli “Tuncay İdman Yurdu” komandası ilə qarşılaşıblar.
Görüş komandamızın 4:3 hesablı qələbəsilə yekunlaşıb. Millimizin heyətində Təmkin Xəlilzadə, Seymur Məmmədov, Bəxtiyar Soltanov və Samir Həmzəyev fərqləniblər.
Birləşmiş Ərəb Əmirliklərində təşkil ediləcək DÇ 26 oktyabr - 4 noyabr aralığında baş tutacaq. G qrupunda yer alan komandamızın rəqibləri İraq, Misir və Tunis milliləri olacaqlar.
Azərbaycan milliisi ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.
Yarış "İdman Azərbaycan" vasitəsilə canlı yayımlanacaq.