"Aznur"a pley-offda qalib gələn "Birbaşa Bakı" rəqibini gözləyir

"Aznur"a pley-offda qalib gələn "Birbaşa Bakı" rəqibini gözləyir

Minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin pley-offun oyunlarına start verilib.

Mediasport.az xəbər verir ki, bu mərhələdə üz-üzə gələn 2 Azərbaycan klubunun duelində sevinən tərəf "Birbaşa Bakı" olub.

Azərbaycan çempionu "Meksikani Ber Şava" (İsrail) - "Belfut İaşi" (Rumıniya) matçında qələbə qazanan kollektivlə qarşılaşacaq.

"Birbaşa Bakı" (E qrupu, 5 xal, 2-ci yer) və "Aznur" (C qrupu, 5 xal, 3-cü yer) qrup mərhələsini məğlubiyyətsiz başa vurub.

Minifutbol üzrə Çempionlar Liqası. Pley-off mərhələsi

7 sentyabr

"Birbaşa Bakı" - "Aznur" 1:0

Qol: Emil Məmmədov, 36.