Azərbaycanı Çempionlar Liqasında bu klub təmsil edəcək - RƏSMİ

Azərbaycanı Çempionlar Liqasında bu klub təmsil edəcək - RƏSMİ

Mini-futbol üzrə 2023/2024-cü illər mövsümünün Azərbaycan çempionu və digər mükafatçılar müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Bakı Tennis Akademiyasının zalında ilk olaraq üçüncü yer uğrunda qarşılaşmada "Odlar Yurdu” və “Real Bakı" komandaları qarşılaşıblar.

İkincilər 3:1 hesablı qələbə ilə bürünc medallara sahib çıxıblar.

“Aznur” və “Birbaşa Bakı” kollektivləri arasında baş tutuan final görüşündə isə sevinən tərəf son illərin dəyişməz çempionu ikincilər olublar - 5:2.

Beləliklə, Azərbaycan Çempionlar Liqasında yenidən "Birbaşa Bakı" komandası təmsil edəcək.

Avropa Kubokuna isə 2-ci və 3-cü yerlərin sahibləri yollanacaqlar.