Azərbaycan çempionu ÇL-də İtaliya klubuna qalib gəldi - VİDEO
Minifutbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin sonuncu oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, təmsilçilərimizdən "Aznur" günün ilk oyununda çətinliklə məğlubiyyətdən qurtulub.
Onların növbəti oyunu "Andezit"ə (Ukrayna) qarşı olacaq.
E qrupunda yer alan "Birbaşa Bakı" turnirdə ilk qələbəsini "Livorno" (İtaliya) üzərində qazanıb.
Günün ikinci qarşılaşmasında "Brno" (Çexiya) ilə üz-üzə gələcəklər.
Minifutbol üzrə Çempionlar Liqası. Qrup mərhələsi
6 sentyabr
E qrupu
"Livorno" (İtaliya) - "Birbaşa Bakı" 1:3
Qollar: Alessandro Gianfrançi, 16 - Müseyib Vəliyev, 13, Təmkin Xəlilzadə, 20, Eyyub Əfəndiyev, 27.
21:00 "Birbaşa Bakı" - "Brno” (Çexiya)