Milli komandamızın baş məşqçisi dekabrın 27-də təqdim ediləcək

Milli komandamızın baş məşqçisi dekabrın 27-də təqdim ediləcək

Azərbaycan Voleybol Federasiyasının (AVF) 2023-cü ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

AVF-dən Mediasport.az saytına verilən məlumata görə, tədbir dekabrın 27-də saat 09:00-da "Excelsior Otel"də təşkil olunacaq.

Konfransda AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri və media nümayəndələri iştirak edəcəklər.

Mətbuat konfransının gündəliyinə milli komandanın baş məşqçisinin təqdimatı və 2023-cü ilin hesabatı daxildir.