Gəncə klubunda belaruslu məşqçi: Yığmanın 2 üzvü transfer edildi
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında debüt edəcək "Gəncə" komandasının yeni baş məşqçisi müəyyənləşib.
MediaSport.az xəbər verir ki, komanda belaruslu mütəxəssis Sergey Çesnovitski ilə müqavilə bağlayıb.
Yeni çalışdırıcı ilə anlaşmanı klubun prezidenti Elvar Osmanov rəsmiləşdiriblər.
Çesnovitski Azərbaycanda fəaliyyətə başlamasını yüksək dəyərləndirib. Bildirib ki, bu mövsüm əsas məqsəd yaxşı komanda formalaşdıraraq finala yüksəlməkdir.
Sonda Azərbaycan milli komandasının üzvləri - Leyla Paşkova və Nərmin Fərəcova ilə müqavilə imzalanıb.