CEV prezidenti Aleksandr Boriçiç prezidenti Bakıya gəlir
Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiç, vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Bakıya səfər edəcəklər.
Mediasport.az xəbər verir ki, funksionerlər noyabrın 5-də paytaxta gələcəklər.
Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasiminə qatılacaqlar və Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər.
Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.