Milli komandamızın futbolçusu "Trabzonspor"dan ayrıldı - FOTO

Milli komandamızın futbolçusu "Trabzonspor"dan ayrıldı - FOTO

Futbol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Nərgiz Hacıyeva "Trabzonspor"dan ayrılıb.

MediaSport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Hacıyeva Qaradəniz klubuna qədər 2022-ci ildə Türkiyədə "Hakkarigücüspor"da çıxış edib. O, karyerası ərzində "Uğur", "Torpedo" (İjevsk), "Fatih Vətənspor", "Ryazan-VDV" (Rusiya) klublarında forma geyinib.

Trabzon təmsilçisinin heyətində 13 oyun keçirib. 2019-cu ildən Azərbaycan milli komandasının oyunçusudur, 11 dəfə yığmanın şərəfini qoruyub.

Ayxan