Azərbaycan milli komandasının kapitanı Rusiya klubundan ayrılıb

Azərbaycan milli komandasının kapitanı Rusiya klubundan ayrılıb

Futbol üzrə qadınlardan ibarət Azərbaycanın əsas milli komandasının kapitanı Sevinc Cəfərzadə Rusiyanın "Krasnodar" klubundan ayrılıb.

Mediasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli futbolçu 2021-ci ildən formasını geyindiyi Premyer Liqa təmsilçisinə uğurlar arzulayıb:

"Hər şeyə görə klubuma təşəkkür edirəm. Hamınızı çox istəyirəm. İnşallah, görüşərik. Hətta uzaqda olsam belə, sizə azarkeşlik edəcəm".

Qeyd edək ki, Cəfərzadə Rusiyada daha əvvəl "Donçanka", "Kubanoçka" və "Yenisey" klublarında çıxış edib.

Lənkəranlı futbolçu 2010-cu ildən Azərbaycan yığmalarında oynayır.