Milli komandamızın Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Milli komandamızın Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, baş məşqçi Fərid Cəlalov yığmamıza təcrübəli oyunçularla yanaşı, gəncləri də cəlb edib.

Komandamız mübarizəyə mayın 17-də start verəcək.

17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaqlar.

Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda komandamız meydan sahibi və Şimali Makedoniya yığması ilə üz-üzə gələcək.

Üçüncü tur isə 31 may-2 iyun tarixlərində Estoniyada baş tutacaq. Burada millimiz ev sahibi komanda və Lüksemburqla qarşılaşacaq.


Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti:


Hücumçular:
Vüqar Bayramov, Andrey Melnikov, Andrey Vasilenko, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev;

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Emil Aşumov;

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablu;

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Vüsal Rüstəmov.