"Azərreyl" heyətini gücləndirib
Qadın voleybolçulardan ibarət “Azərreyl" klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.
Mediasport.az xəbər verir ki, "dəmiryolçular" xorvatiyalı Katarina Pilepiçlə 1 illik müqavilə bağlayıblar.
183 sm boya malik 29 yaşlı hücumçunun ilk peşəkar klubu “Riyeka” olub. Pilepiç daha sonra “San Fransisko Universiteti”, “Arizona Universiteti” (ABŞ), “Lifesavers” (Filippin), “ AO Tiras” (Yunanıstan), “Vyesti” (Finlandiya), “Olomouç” (Çexiya) və “Makkabi” (Hayfa, İsrail) klublarında çıxış edib.
O, 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub, Çexiya, İsrail və Xorvatiyada ölkə kubokunu qazanıb. Bundan başqa, İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalçısıdır.
Pilepiç Finlandiya və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.