Yüksək Liqada yarımfinal mərhələsinə start verildi - FOTOLAR

Yüksək Liqada yarımfinal mərhələsinə start verildi - FOTOLAR

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsinə start verilib.

mediasport.az xəbər verir ki, mərhələnin ilk oyunlarında "Abşeron" "Murov"la, "Azərreyl" isə UNEC-lə üz-üzə gəlib.

Voleybol Mərkəzində təşkil olunan qarşılaşmalarda nominal meydan sahibləri qələbə qazanıblar. "Murov" 3:1 (27:29, 25:18, 19:25, 18:25), "Azərreyl" isə 3:0 (25:7, 25:14, 25:17) hesablı qələbəni bayram edib.

Yarımfinal mərhələsi iki, final üç qələbəyə kimi oynanılacaq.