VİDEO - Dadaşovun qolu İsveçrədə mövsümün ən yaxşısı seçilə bilər
Futbol üzrə milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper"də vurduğu qol İsveçrədə mövsümün ən yaxşısı seçilə bilər.
mediasport.az xəbər verir ki, 24 yaşlı forvardın Superliqanın 1-ci turunda "Lütsern"in qapısına vurduğu qol ən yaxşı olmağa namizədlər siyahısında yer alıb.
Siyahıda 9 futbolçunun vurduğu qol var və qalib azarkeşlərin səsverməsinə əsasən müəyyənləşəcək.