AVRO-2024: Azərbaycan - İsveç oyununu qadın hakim idarə edəcək
Noyabrın 16-da AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - İsveç oyununun hakimlər briqadası açıqlanıb.
Mediasport.az xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası olacaqlar.
Matçı FİFA-nın qadın hakimi Ester Staubli idarə edəcək. Ona yan xətt hakimləri qismində Yonas Erni və Suzanna Künq yardımçı olacaqlar.
Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. Lukas Fandrix VAR, Lionel Tsçudi isə AVAR-da fəaliyyət göstərəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq duel saat 21:00-da başlanacaq.