Canni De Byazi millimizin 3 futbolçusunu siyahıya salmayıb
Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə qrup mərhələsi çərçivəsində bu gün Belçikaya qarşı keçirəcəyi oyun üçün "23-lüy"ü müəyyənləşib.
Mediasport.az UEFA-ya istinadən xəbər verir ki, müdafiəçilər - Bəxtiyar Həsənalızadə və Amin Seydiyev, yarımmüdafiəçi Ozan Can Kökçü bu gün meydana çıxmayacaqlar.
Yığmamızın italyan baş məşqçisi Canni De Byazi UEFA-ya təqdim etdiyi "23-lük"də onların adını siyahıya salmayıb.
Qarşılaşma saat 17:00-da start götürəcək.