Millimiz beynəlxalq turniri 22 medalla bitirib, birinci olub
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnir başa çatıb.
Mediasport.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan, Səudiyyə Ərəbistanı yığmalarının və Litvanın "Royal" klubunun 97 idmançısı mübarizə aparıb.
Boksçularımız turnirdə 5 qızıl, 4 gümüş və 13 bürünc (ümumilikdə 22) medal qazanıb.
Yığmamız bu nəticə ilə komanda hesabında birinci olub və Abbas Ağalarov kubokuna yiyələnib.
İkinci pillədə Qazaxıstan (4-5-7), üçüncü sırada isə Tacikistən (2-1-1) qərarlaşıb.