İBA bu ölkələrin boks federasiyalarını üzvlükdən çıxardı
Beynəlxalq Boks Assosiasiyası (IBA) Yeni Zelandiya Boks Assosiasiyası, Almaniya Boks Assosiasiyası, Liberiya Boks Federasiyası, İsveç Boks Federasiyası və Niderland Boks Federasiyasını qurumun qayda və əsasnaməsini pozduğu üçün üzvlükdən çıxarıb.
Çexiya Boks Assosiasiyasının üzvlüyü onun ABŞ boksçularının iştirakına icazə verdiyi beynəlxalq turniri təşkil etməsindən sonra dayandırılıb. Bir müddət əvvəl isə ABŞ Boks Federasiyası Beynəlxalq Boks Assosiasiyasına üzvlüyünü dayandırdığını bildirib.
mediasport.az xəbər verir ki, bu federasiyaların təşkilata üzvlüyünü dayandırması barədə müvafiq qərar IBA-nın son yığıncağında qəbul edilib.