AÇ-də 9 boksçumuz 1/4 finala vəsiqə qazandı

AÇ-də 9 boksçumuz 1/4 finala vəsiqə qazandı

Yeniyətmələrdən ibarət boks millimizin daha 3 üzvü İtaliyanın Montesilvano şəhərində keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb. MediaSport.az xəbər verir ki, oğlan və qızların yarışında, beləliklə, ümumilikdə 9 idmançımız 1/4 finalda yarışmaq hüququ əldə edib.

54 kq-da çıxış edən Məhəmmədəli Aşurəliyev, 57 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə və 66 kq-da Ziya Həsənov mərhələ keçib. Onlarla yanaşı, daha əvvəl 1/4 finala çıxan Faiq Mollayev (46 kq), Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) da yarımfinala vəsiqə uğrunda döyüşəcəklər.

Yarışda 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı mübarizə aparır.