Azərbaycanın Zidanı Avropa çempionatında 1/4 finala yüksəldi

Azərbaycanın Zidanı Avropa çempionatında 1/4 finala yüksəldi

Rumıniyanın Ploeşti şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir.

MediaSport.az xəbər verir ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) idmançının qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin bir üzvü rinqdən qalib ayrılıb.

Startda Nikolos Şarabidzeni (Gürcüstan) mübarizədən kənarlaşdıran Zidan Hümbətov (48 kq) 1/8 finalda Maksim Çernelyadan (Moldova) da güclü olub. O, rəqibini 5:0 (30:26, 30:25, 30:25, 30:24, 30:26) hesabı ilə məğlub edib.

Boksçumuz 1/4 finalda Emal Hamdamla (İBAG) üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. Birinciliyin 6-cı günündə Azərbaycan yığmasının 3 boksçusu qüvvəsini sınayacaq.