Millimiz qırğızlarla bacarmadı
Bakıdakı təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyunu keçirib.
MediaSport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda Qırğızıstanın U-23 yığması ilə qarşılaşıb.
Yığmamız "Dalğa Arena" oynanılan görüşdə qırğızların müqavimətini qıra bilməyib - 1:1. Komandamızın heyətində 61-ci dəqiqədə Murad Vəliyev fərqlənib. Qonaqlar 79-cu dəqiqədə Mirlan Berberdinovla bərabərlik qolunu vurublar.
Qeyd edək ki, U-21 3 gün əvvəl Türkiyədə yerli komandaya 0:1 hesabı ilə uduzub.