VİDEO: Renat Dadaşov Türkiyədə komandasına qələbə qazandırdı
Legioner həyatı yaşayan Azərbaycan millisinin daha 7 futbolçusunun klubu daxili birinciliklərdə növbəti oyunlarını keçiriblər.
Mediasport.az xəbər verir ki, Mahir Emrelinin yeni transfer olunduğu Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq" evdə "Maqdeburq"la qarşılaşıb, millinin hüçumçusu oyuna çıxmayıb.
Polşa çempionatında (Ekstraklasa) Rahil Məmmədovun forma geyindiyi "Radomyak" evdə "Krakovya"nı məğlub edib. Bir neçə gün öncə çıxışına görə Polşa mətbuatı tərəfindən ciddi tənqid edilən müdafiəçi ehtiyatda qalıb.
Ukrayna Premyer Liqasında oynayan Emil Mustafayev "Polessye"nin səfər matçında sonradan oyuna daxil olub.
Anton Krivotsyukun oynadığı Cənubi Koreyanın "Daejon" komandası evdə "Qvanqju"nu qəbul edib, müdafiəçimiz 90 dəqiqə meydanda olub.
Finlandiya Yüksək Liqasında (Veikkausliqa) çempionluğa əsas namizədlərdən Ozan Can Kökçülü "Helsinki" VPS-i məğlub edib, yığma üzvü startda başlayıb.
Türkiyə 1-ci Liqasında çıxış edən Renat Dadaşovun komandası "Ankaragücü" evdə "İstanbulspor"u məğlub edib, forvard baxımlı qolla yadda qalıb.
Albaniya Superliqasında Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" səfərdə "Tirana" ilə heç-heçə edib, Zamiq görüşü kənardan izləyib.
Almaniya 2-ci Bundesliqası. 4-cü tur
"Nürnberq" - "Maqdeburq" 0:4
Polşa Ekstraklasası. 7-ci tur
"Radomyak" - "Krakovya" 2:1
Ukrayna Premyer Liqası. 5-ci tur
"Kornomorets" - "Polessye" 1:4
Cənubi Koreya K Liqa 1. 29-ci tur
"Daejon" - "Qvanqju" 2:0
Finlandiya Veikkaus Liqası. 22-ci tur
VPS - "Helsinki" 1:3
Türkiyə 1-ci Liqası. 4-cü tur
"Ankaragücü" - "İstanbulspor" 2:1
Albaniya Super Liqası. 3-cü tur
"Tirana" - "Eqnatia" 1:1