Canni De Byazi millimizlə müqaviləsi ola-ola özünü polyaklara təklif etdi

Canni De Byazi millimizlə müqaviləsi ola-ola özünü polyaklara təklif etdi

Milli komandamızın baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq istəyir.

mediasport.az Polşa mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis xidmətini bu ölkənin Futbol İttifaqına təklif edib.

66 yaşlı mütəxəssis qarşı tərəfdən konkret dəvət gözləyir. Yerli federasiya Çeslav Mixneviçlə müqavilə müddətini artırmayıb.

Canni De Byazinin AFFA ilə gələn ilin sonuna qədər anlaşması var.