"Neftçi"nin yarımmüdafiəçisi Azərbaycan yığmasından ayrılıb

"Neftçi"nin yarımmüdafiəçisi Azərbaycan yığmasından ayrılıb

Eddi İsrafilov dünən çağırıldığı Azərbaycan yığma komandasının heyətini tərk edib.

Mediasport.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi düşərgədən zədəyə görə ayrılıb.

31 yaşlı futbolçu komandamızın AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Estoniya, 16-da isə Avstriya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.