Musanın komandası səfərdə meydana çıxacaq, hücumçu oynaya bilməyəcək

Musanın komandası səfərdə meydana çıxacaq, hücumçu oynaya bilməyəcək

Futbol üzrə İsveç çempionatında 14-cü tura bu gün start veriləcək.

MediaSport.az xəbər verir ki, milli komandamızın forvardı Musa Qurbanlının 3 illik müqavilə bağladığı "Yurqarden" səfərdə "Varnamo" ilə qarşılaşacaq.

22 yaşlı forvardın komandası 14 turdan sonra 24 xalla 4-cü pillədə qərarlaşıb və lider "Malmö"dən 10 xal geri qalır.

Musa bu görüşdə meydana çıxa bilməyəcək. Forvard növbəti turun liderlə matçında artıq iş başında ola bilər.