Tennisçilərimiz Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışı keçir

Tennisçilərimiz Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışı keçir

Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar.

Mediasport.az xəbər verir ki, milli komandanın üzvləri hazırlığı Ankarada yerli yığma ilə birlikdə keçirlər.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova aprelin 1-dək toplanışda iştirak edəcəklər.