Tennisçilərimiz Qazaxıstana yollanıb

Tennisçilərimiz Qazaxıstana yollanıb

Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıblar.

Mediasport.az xəbər verir ki, udmançılarımız daha bir beynəlxalq toplanışa qatılacaqlar.

Milli komandamızın 6 üzvü - Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Rüstəm Hacılı qüvvələrini sınayacaqlar.

Onlara yığma komandanın baş məşqçisi Fərhad İsmayılov rəhbərlik edəcək.

Seçməmiz fevralın 4-dən 13-dək Almatı şəhərində Qazaxıstan millisi ilə birgə təlim-məşq toplanışına qatılacaq.

Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.