Qadınlar arasında “Uimbldon” turnirinin qalibi müəyyənləşdi

Qadınlar arasında “Uimbldon” turnirinin qalibi müəyyənləşdi

Qadınlar arasında “Uimbldon” turnirinin qalibi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, final görüşündə çexiyalı tennisçi Marketa Vondrouşova Tunis təmsilçisi Ons Jaberlə qarşılaşıb.

Matç 2:0 (6:4, 6:4) hesabı ilə Vondrouşovanın xeyrinə başa çatıb.

Kişilər arasında həlledici duel isə bu gün ispan Karlos Alkarasla serbiyalı Novak Cokoviç arasında baş tutacaq.