Zaur Mikayılova “Ən yaxşı hakimliyə görə” kuboku verilib

Zaur Mikayılova  “Ən yaxşı hakimliyə görə” kuboku verilib

Stolüstü tennis üzrə beynəlxalq dərəcəli hakim Zaur Mikayılov xüsusi mükafata layiq görülüb.

Mediasport.az xəbər verir ki, ona Qazaxıstanın Türkistan şəhərində keçirilən Türkdilli xalqların II Universiadasında “Ən yaxşı hakimliyə görə” kuboku təqdim olunub.

Qeyd edək ki, 2010-cu ildən beynəlxalq dərəcəli hakim adını alan Zaur Mikayılov Avropa çempionatı, İslam Həmrəyliyi Oyunları, Avropa “Top-16” kuboku kimi nüfuzlu yarışlarda ədalət təmsilçisi olub.

Təcrübəli mütəxəssis həmçinin Avropa Çempionlar Liqasının final görüşündə də baş hakim funksiyasını yerinə yetirib.