Əfsanəvi braziliyalı Romario karyerasını 58 yaşında bərpa edib
Dünya futbolunun canlı əfsanələrindən Braziliya millisinin sabiq üzvü Romario karyerasını 58 yaşında bərpa edib.
Mediasport.az xəbər verir ki, dünya çempionu prezidenti olduğu “Amerika" (Rio-de-Janeyro) klubu ilə futbolçu müqaviləsi bağlayıb.
Keçmiş forvard komandada oğlu Romarinyo ilə birlikdə çıxış edəcək.
Romario minimum maaşa oynamağa razılaşıb və məvacibini kluba bağışlayacaq.
Rio təmsilçisi hazırda Braziliya D Seriyasında mübarizə aparır.
Qeyd edək ki, 1987/2005-ci illərdə Braziliya milli komandasında forma geyinmiş Romario 70 oyuna 55 qol vurub.
1994-cü il dünya çempionatının, həmin il "Qızıl buts" və "Qızıl top" mükafatının qalibi Niderland (PSV ilə 3 dəfə) və İspaniya ("Barselona ilə 2 dəfə) çempionatlarında da qızıll medal qazanıb.