Quluzadə Çinə yollandı

Quluzadə Çinə yollandı

Azərbaycanın istedadlı stolüstü tennisçisi Onur Quluzadə Asiya qitəsinə yollanıb.

mediasport.az xəbər verir ki, 12 yaşlı idmançı seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi Çində təşkil olunan beynəlxalq toplanışda iştirak edir.

Toplanışa qatılmağın əsas məqsədi iyun ayında Xorvatiyada təşkil olunacaq Avropa çempionatına hazırlıqdır.

Qitənin ən istedadlı tennisçilərindən sayılan Onur bu ilin mart ayında Antalyada keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirinin qarışıq-qoşa yarışında 3-cü, apreldə Xorvatiyada təşkil olunan “Europe Youth Series” turnirinin komanda yarışında 2-ci, şəxsi və qoşa yarışında isə 3-cü yeri tutub.