AGF Baham adaları ilə anlaşma memorandumu imzalayıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları arasında bədii gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.
Mediasport.az xəbər verir ki, imzalanma mərasimində AGF-nin baş katibi Nurlana Məmmədzadə və Baham Adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn iştirak edib.
Bu əməkdaşlıq federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.