Azərbaycanın stolüstü tennisçisi Xorvatiyada bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Xorvatiyada bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən “Avropa Gənclər Seriyası” turnirində bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, beynəlxalq turnirə məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında qatılan tennisçi üçüncü yeri tutub.

Xorvatiya, Macarıstan və Avstriya təmsilçilərinin yer aldığı qrupda birinci olan idmançımız finala gedən yolda almaniyalı rəqibinə məğlub olub.