Millimizin sabiq baş məşqçisi 2 ay sonra istefaya göndərilib
2 ay əvvəl futbol üzrə Livan yığma komandasına baş məşqçsi təyin edilən Azərbaycan millisinin keçmiş çalışdırıcısı Nikola Yurçeviç istefaya göndərilib.
Mediasport.az xəbər verir ki, Livan Futbol Federasiyası xorvat mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını açıqlayıb.
Bildirilib ki, 2024-cü il yanvarın 12-də start götürəcək Asiya Kubokuna daha yaxşı hazırlaşmaq məqsədilə komandanın baş məşqçi vəzifəsinə tanınmış və güclü mütəxəssis cəlb olunacaq.
57 yaşlı Yurçeviç Azərbaycan millisini 2019-cu ildə çalışdırıb.