Mahir Emreli Bundesliqada debüt oyununda "fərqləndi"
Mahir Emreli bu gün Almaniya 2-ci Bundesliqasında - "Nürnberq"in heyətində debüt edib.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu 39-cu dəqiqə zədələnən Benyamin Qollerin əvəzinə meydana çıxıb.
Mahir sona qədər meydanda olub və komandası "Herta"ya (Berlin) uduzub - 0:2.
Forvard 90+5-ci dəqiqədə sarı vərəqə alıb.
"Nürnberq" çempionatın turnir cədvəlində 6 oyundan sonra 7 xalla 11-ci sırada qərarlaşıb.