Rahil Məmmədov Polşanın LKS klubundan ayrıldı - RƏSMİ
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
Mediasport.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Məmmədov 2024-cü ilin əvvəlində "Qarabağ"dan bu kluba keçmişdi.
Xatırladaq ki, komanda ötən mövsümün yekununda 18 komanda arasında sonuncu olub və aşağı liqaya yuvarlanıb.