Yığma komandamızın 3 futbolçusu U-21 millisinə cəlb edilib
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün “Azersun Arena”da Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub.
Mediasport.az xəbər verir ki, Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə U-21-in düşərgəsinə qoşulub.
Qeyd edək ki, Səfərov dünən AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanın əsas yığmasının heyətində fasilədən sonra Avstriyaya qarşı oynayıb.