Millinin heyətində dəyişiklik edildi

Millinin heyətində dəyişiklik edildi

Sabah Qırğızıstanla yoxlama görüşü keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milllisinin heyətində daha iki dəyişiklik olub.

MediaSport.az xəbər verir ki, heyətə iki yeni oyunçu cəlb edilib.

Bunlar Latviyanın “Dauqavplis” komandasının üzvü Ramin Nəsirli və “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərovdu. Səfərov əsas millinin Estoniya (1:1) ilə rəsmi matçında iştirak ərizəsində yer alıb. Hər iki gənc oyunçu U-21-in Bakıdakı hazırlıq prossesinə qoşulub.

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qırğızıstan görüşü saat 19:30-da başlayacaq.