Rahil növbəti oyununu keçirib, komandası derbidə uduzub - VİDEO

Rahil növbəti oyununu keçirib, komandası derbidə uduzub - VİDEO

Futbol üzrə Polşa Yüksək Liqasında 21-ci turun oyunları keçirilir.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi LKS Lodz derbisində “Vidzev”lə qarşılaşıb.

Futbolçumuz qonaqların 2:0 hesablı qələbəsilə yekunlaşan matçda 90 dəqiqə meydanda olub.

Autsayder LKS 10 xalla turnir cədvəlinin sonuncu - 18-ci pilləsində qərarlaşıb.