Millimizin məşqçisi: "Nəyə görə qrupda birinci yeri tutmalıydıq?
Milli komandamızın məşqçisi Arif Əsədov yığmanın Millətlər Liqasının qrupunda ikinci yeri tutmasına münasibət bildirib. MediaSport.az xəbər verir ki, təcrübəli mütəxəssisin açıqlamada səsləndirdiyi “Biz deyirik ki, milli mütləq qrupda birinci yer tutmalıdı. Niyə görə birinci yeri tutmalıydıq?” fikri birmənalı qarşılanmayıb.
Əsədov fikirlərini bu cür davam etdirib: "Reytinqdə biz bu ölklərdən geridəyik. Qrupdakı komandalardan ən aşağı reytinqlisi biz idik. Mətbuatda rəqiblərin aşağılanmasını gördük. Slovakiya motivasiyasız çıxdı, Qazaxıstan məsələni həll etmişdi deyə biz qalib gəldik və s. Bununla heç cür razılaşmıram. Qazanılan 10 xal futbolçularımızın zəhmətidi. Onların əziyyətini yerə vurmayaq”.
Cani de Byazinin baş məşqçisi olduğu millimiz Millətlər Liqasında son mövsümü 10 xalla ikinci pillədə başa vurub.