Ramil Şeydayev Türkiyənin bu klubu ilə müqavilə bağlayıb
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.
Mediasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Tailandın “Buriram Yunayted” klubunun forvardı 1-ci Liqa təmsilçisi “Kocaelispor”la anlaşıb.
27 yaşlı futbolçunun Kocaeli klubu ilə 1,5 illik müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, 1 aydan çoxdur Tailand klubunda işləri qaydasında getməyən və adı oyunların sifariş ərizəsinə salınmayan yığmamızın üzvü 2016/2018-ci illərdə Türkiyənin Superliqa təmsilçisi "Trabzonspor"un futbolçusu olub.
“Kocaelispor” 1-ci Liqada 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.