Ramil Şeydayev "Buriram Yunayted"lə münasibətlərini rəsmiləşdirdi - FOTO

Ramil Şeydayev "Buriram Yunayted"lə münasibətlərini rəsmiləşdirdi - FOTO

"Qarabağ"dan ayrılan Ramil Şeydayevin Tailand klubu "Buriram Yunayted"ə keçidi rəsmiləşib.

MediaSport.az xəbər verir ki, milli komandamızın 27 yaşlı hücumçusu Asiya təmsilçisi ilə müqavilə bağlayıb.

Anlaşmanın detalları açıqlanmayıb. Şeydayev yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək.

O, başa çatan mövsüm Azərbaycan Premyer Liqasında 23 qolla bombardir adını qazanıb.